İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin müavini Əli Həsənovla bağlı KİV-lərdə yayılan xəbərlər rəsmi şəkildə təkzib olundu

 

Bir neçə gün əvvəl ölkə mətbuatında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin özünə bahalı xidməti avtomobil almasına dair məlumatlar yayılıb. Bu məlumatlarla bağlı Komitənin yaydığı açıqlamada qurumun keçmiş sədri, Baş nazirin müavini Əli Həsənovun vəzifədən gedərkən xidməti avtomobili özü ilə apardığı qeyd olunub.

Bununla bağlı baş nazirin müavini Ə.Həsənovun köməkçisi Ramin Talıblı redaksiyamıza müraciət edərək, yayılmış məlumata aydınlıq gətirib. Onun dediyinə görə, Ə.Həsənov Komitə sədri olarkən Nazirlər Kabinetinə məxsus xidməti avtomobildən istifadə edib:10-AA-203 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur. Əli Həsənov həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılıb”.

DÜNYA,
Musavat.com

 

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2019

BÜTÜN XƏBƏRLƏR