İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin müavini: "Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparırıq"

319 14.05.2022 18:26 Dünya A A

“Ukrayna “Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ölkə Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.

“Orada bir neçə yüz yaralı var. Onları xilas etmək lazımdır. Çünki Rusiya tərəfi hər şeyi eyni anda qəbul etmir. Beləliklə, ilk növbədə ağır yaralıları və həkimləri xilas etmək istəyirik. Onlar 60 nəfərdir”, - o bildirib.

Məlumata görə, Rusiya qoşunları zavodun ərazisinə raket-bomba zərbələri endirir, artilleriya və tankların köməyi ilə hücum əməliyyatları həyata keçirirlər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Azovstal”dakı insanları xilas etmək üçün nüfuzlu dövlətlərin vasitəçiliyə cəlb olunduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR