İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin həyat yoldaşının adı korrupsiya qalmaqalında

801 09.07.2024 16:40 Dünya A A

İspaniyanın baş naziri Pedro Sançezin həyat yoldaşı Beqonya Qomez Madrid əyalət məhkəməsindən korrupsiya ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə EFE portalı məlumat yayıb.

Baş nazirin həyat yoldaşının müdafiəçisi Qomezin adından hüquqi orqana müraciət edib.

Qeyd edək ki, bu ilin aprel ayında məhkəmə Qomezə qarşı biznes əlaqələrinə və korrupsiyaya yol verməsi ittihamı ilə təhqiqatın başlandığını elan edib. Şikayət “Təmiz Əllər” sindikatı tərəfindən verilib. Yerli “El Confidencial” qəzetinin yazdığına görə, iş Beqonya Qomezin hökumətdən pul və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə qaranlıq münasibətlərinə əsaslanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR