Kanadanın baş naziri, ölkənin Yeni Demokratik Partiyasının lideri Castin Trüdo yayılan qalmaqallı fotosuna görə üzr istəyib.
Belə ki, bu günlərdə məşhur “Time” jurnalının 18 sentyabr buraxılışında baş nazirin 18 il öncə məktəb tədbirində çəkdirdiyi qalmaqallı fotosu yayılıb. Fotoda Trüdo qara qrimdə və başında çalma var. Bununla da baş naziri irqçilikdə ittiham ediblər.
Bu foto Kanadada böyük qalmaqal yaradıb. Yaraşıqlığı, fərqli düşüncəsinə görə dünya çağında özünə simpatiya yarada bilən Trüdo məcbur qarşısında qalaraq efir vasitəsi ilə geyindiyi geyimə və qrimə görə üzr istəyib.
Baş nazir qeyd edib: “Ələddin kimi geyinməyim çox məntiqsiz idi, bunun nə anlamına gəldiyini bilməli idim. Bütün kanadalılardan məni bağışlanmasını istəyəcəm. Öz-özümü çətin vəziyyətə saldım və buna görə özümü qınayıram”.
Qeyd edək ki, hazırda Kanada federal seçimlər ərəfəsindədir. Siyasətçilər qeyd edir ki, bu foto ilə Trüdo yenidən partiya liderliyindən sağollaşa bilər.
Bir faktı da qeyd edək ki, ötən həftə seçim kampaniyasına start verən Trüdo qəza hadisəsi ilə qarşılaşmışdı. Belə ki, baş nazirin seçim kampaniyası üçün istifadə etdiyi təyyarə jurnalistləri daşıyan avtobus ilə toqquşmuşdu. Qəza zamanı siyasətçi təyyarədə olmayıb.
Xalidə,
Musavat.com






