İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş həkim tualetin videosunu çəkən şəxsi polisə verdi - VİDEO - YENİLƏNİB

1015 11.11.2021 15:10 Ölkə A A


"Xəstəxana haqqında dəqiqləşdirilməmiş və əsaslandırılmamış videoçəkiliş aparan və yayımlayan vətəndaş barədə polis şöbəsinə məktub ünvanlanıb".

Musavat.com xəvər verir ki, bu barədə BAKU.WS-ə Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

"Lakin xəstəxanadan heç kim onunla görüşməyib və onu təhdid etməyib", - deyə məlumatda qeyd olunub.

***14:10

Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir.

Videonu çəkən şəxsin bacısı olduğunu bildirən B. M. sosial şəbəkədə müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: “Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”.

DİN Mətbuat xidmətinin əməkdaşı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı Yevlax Rayon Xəstəxanasının baş həkimi tərəfindən polisə rəsmi şikayət daxil olub:

“Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR