İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Dövlət Yol Polisi İdarəsi bu küçədəki problemlə bağlı açıqlama yayıb

552 08.11.2019 16:47 Ölkə A A

"Yeni Müsavat"ın ötən sayında paytaxtın Cəfər Xəndan və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yol hərəkətinin təşkili ilə bağlı yaranmış problemdən yazmışdıq.

Baş Dövlət Yol Polisi İdarəsindən "Yeni Müsavat"a bildirilib ki, Bakı Nəqliyyat Agentliyindən DİN-in Baş DYP İdarəsinə daxil olmuş müraciətə baxılıb.

Məsələnin həlli ilə bağlı ərazi müayinə olunarkən sözügedən yolayrıcında hərəkət növbəliliyinin svetoforun siqnalları ilə nizanlanması məqbul sayılmış və bu barədə
01.09.2018-ci il tarixdə Nazirlər Kabinetinə məlumat verilib.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili üçün tətbiq olunan texniki nizamlanma vasitələrinin, o cümlədən, svetoforların quraşdırılması BNA tərəfindən həyata keçirilməlidir.

Emil Salamoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR