İnsanlara hürriyət, millətlərə istiqlal!

Barselonada aksiyaların gedişatında azı 11 nəfər xəsarət alıb- Canlı yayın

332 17.10.2019 01:58 Son xəbər A A

Barselonanın mərkəzində keçirilmiş və iğtişaşla yekunlaşmış etiraz aksiyasının gedişatında azı 11 nəfər xəsarət alıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə "La Vanguardia" qəzeti bildirib.

Məlumata görə, aksiya şəhərin mərkəzində, Kataloniya hökuməti yanında Daxili İşlər Departamentinin binası yaxınlığında keçirilib.

Nümayişçilər polislərə böyük daşlar və pirotexniki vasitələr atmağa başlayıblar. Aksiya zamanı daha 1 nəfər saxlanılıb.

Üzü bağlı şəxslər küçələri bağlamağa və zibil yeşiklərini yandırmağa davam ediblər. İlkin məlumata görə, 5-dən çox avtomobil yanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı dəfələrlə güc tətbiq ediblər. Etirazların gedişatında həmçinin "Telemadrid" telekanalının operatoru zərər çəkib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR