İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona” Usman Dembeleyə görə 140 milyon avro təklif edir

1086 12.08.2017 13:39 İdman A A

İspaniyanın “Barselona” klubu Usman Dembelenin transferi üçün Dortmund “Borussiya”sına ödəyəcəyi məbləği 140 milyon avroya qədər artırmaq niyyətindədir.

“Report” “RAC 1” radiosuna istinadən xəbər verir ki, kataloniyalılar bununla 20 yaşlı futboçunu satmaq üçün Almaniya klubunu razı salacaqlarını düşünürlər.

Qeyd edək ki, “Barselona” daha əvvəl fransalı hücumçunun keçidindən ötrü “Borussiya”ya 90 milyon avro nəğd və 40 milyon avro bonus təklif edib. Lakin Dortmund təmsilçisinin rəhbərliyi həmin təklifi qəbul etməyib. Dembele isə öz növbəsində məşqlərə çıxmaqdan boyun qaçırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR