İnsanlara hürriyət, millətlərə istiqlal!

Barak Obama: “Putin ABŞ-ın sanksiyalarını bəyənməyib”

1470 19.07.2014 02:12 Dünya A A
"Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sanksiyalarını bəyənməyib".

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama ötən gün Ukraynadakı son hadisələrlə bağlı müraciətində qeyd edib.  
 
“Mən dünən, əlavə sanksiyaların tətbiqindən sonra, Putinlə danışdım. O, bunun onun xoşuna gəlmədiyini bildirdi. Mən ona dedim ki, əlavə sanksiyalar mənim də xoşuma gəlmir, lakin biz Rusiyanın Ukraynada sülhün bərqərar olması istiqamətində çalışmasını arzuladığımızı  əvvəl aydın şəkildə bildirmişdik”, deyə Obama qeyd edib.
 
Onun sözlərinə görə, Rusiya, hələ ki, heç nə etmir və sülh yolu ilə getmir və Ukrayna suverenliyini pozmaqda, separatçıları dəstəkləməkdə davam edir, atəşkəs məqsədilə onlara təzyiq etmir.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR