Banqladeşdə naməlum şəxs "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ələ keçirilən təyyarə Çittanqinqda ara enişi edəcək Dakka-Dubay reysini həyata keçirir.
Bildirilir ki, cinayətkar təyyarənin idarəetməsini ələ keçirmək istəyib. Yerli vaxtla təxminən saat 17:40-da təyyarənin pilotu Çittaqonq hava limanında təcili eniş edib.
"Reuters" agentliyinin məlumatına əsasən, 142 sərnişin təyyarədən çıxarılıb. "Gulf Business" qəzeti bildirir ki, təyyarənin göyərtəsində cinayətkardan əlavə 2 heyət üzvü və hüquq mühafizə orqanlarının əməkdaşları ola bilər.
Qeyd edilir ki, təhlükəsizlik qüvvələri hava limanını mühasirəyə alıblar.
***
Banqladeş hərbçiləri "Biman Bangladesh" aviaşirkətinə məxsus təyyarə Dəkkədən Dubaya uçan zaman onu qaçırmağa cəhd edən kişini güllələyiblər.
"Report" "Daily Star"a istinadən xəbər verir ki, cani 8 dəqiqə davam edən xüsusi əməliyyat zamanı öldürülüb.
Onun üzərində tapança aşkar edilib. Sözügedən şəxsin psixi çatışmazlığı olduğu, baş nazir və onun həyat yoldaşı ilə danışmaq istədiyi bildirilir.






