Banqladeşdə “Mora” qasırğasının dağıdıcı təsirindən sonra itkin düşən 81 balıqçının axtarışı davam edir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, əvvəlcə təbii fəlakət nəticəsində 144 balıqçı itkin düşsə də, Hindistan və Banqladeşin Hərbi Dəniz Qüvvələri onların 63-nü xilas etməyə müvəffəq olub.
Qeyd edək ki, Banqladeşin cənub-şərqini cənginə alan “Mora” siklonu azı 5 nəfərin ölümünə səbəb olub. Həmçinin minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bəzən sürəti saatda 135 kilometrə çatan güclü külək güclü leysan yağışları ilə müşayiət olunub.






