İnsanlara hürriyət, millətlərə istiqlal!

Banqladeşdə daşqınlar nəticəsində 217 nəfər öldü

236 16.08.2020 00:37 Dünya A A

Banqladeşdə 30 İyundan bəri musson yağışları nəticəsində meydana gələn daşqınlar nəticəsində 217 nəfər həyatını itirib.

"Report"un "Anadolu" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, məlum səbəbdən 850 min nəfər öz yerlərindən digər ərazilərə köçürülüb.

Bildirilir ki, suyun çirklənməsi səbəbindən 47 min insan müxtəlif viruslara yoluxub. İki milyona yaxın insanın humanitar yardıma və sığınacaqa ehtiyacı var.

Bu arada Avropa Birliyi Banqladeşə 1 milyon 940 min ABŞ dolları yardım ayrıldığını vurğulayıb.

Eyni zamanda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisindən (OCHA) verilən açıqlamada Banqladeşdə 40 milyon dollarlıq bir proqramın başladıldığı qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR