İnsanlara hürriyət, millətlərə istiqlal!

Banqladeşdə avtobus körpüdən aşıb, 8 ölü, 20 yaralı var

Banqladeşin mərkəzində avtobusun körpüdən aşması nəticəsində azı 8 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, avtoqəza yerli vaxtla saat 14:30-da şəhərlərarası şossedə baş verib. Bildirilir ki, avtobus aşıb və körpünün kənarındakı çəpəri də sındıraraq kanala düşüb.

Altı nəfər hadisə yerində, digər iki nəfər isə xəstəxanada keçinib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Yerli rəsmilərin sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir.

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2019

20 Sentyabr 2019

BÜTÜN XƏBƏRLƏR