Banqkokdakı partlayışının təşkilatçısının həbsi üçün mükafat 3 dəfə artırılıb
Tailand hökuməti Banqkokdakı partlayışın təşkilatçısının həbs edilməsi üçün verilən məlumata görə mükafatı 3 dəfə artırıb. Partlayış nəticəsində 20 nəfər ölüb və 125 nəfər yaralanıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bir müddət əvvəl mükafatın məbləği 1 mln. bat olub (təxminən 28 min dollar). Bu gün həmin məbləğ 3 mln. bata (85 min dollar) qədər qaldırılıb. Hökumət istintaqda irəliləyişin olduğunu bildirir, lakin təfərrüatları açıqlamır. Xatırladaq ki, Banqkokda partlayış avqustun 17-si axşam saatlarında baş verib.






