Bankomatların önündə sakitlikdir: Dövlət idarələrində maaşlar gecikirmi? - FOTOLAR
Manat böhranı və neftin ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalması, bəzi iddialara görə, dövlət işində çalışanların əmək haqlarının gecikməsinə səbəb olub.
Dövlət qulluqçularının əksəriyyətinin kartla maaş aldığını nəzərə alsaq, hər zaman ay sonunda və növbəti ayın əvvəllərində bankomatların önündə növbələr olurdu. Ancaq bu dəfə bankomatların önü boş qalıb.
Apardığımız müşahidələr də göstərdi ki, insanların ən çox istifadə etdiyi bankomatların qarşısında nəinki sıxlıq müşahidə olunmur, əksinə bəzilərinə hətta bir saat ərzində kimsə yaxınlaşmır.
Xüsusən də dövlət idarələrində çalışanların əksəriyyətinin Azərbaycan Beynəlxalq Bankından maaş aldıqlarını nəzərə alsaq, bu bankın bankomatları önündə müşahidə edilən sakitlik təəccüblü idi.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.






