İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklar faizləri niyə endirmək istəmirlər? (VİDEO)

801 25.02.2016 23:58 İqtisadiyyat A A
Bankların inkişafı, onların fəaliyyətinin səmərəliliyi üçün dövlət geniş imkanlar yaradıb. Ancaq banklar öz siyasətlərindən dönmür, onlara edilən güzəştlər müqabilində kredit faizlərini azaltmırlar. Xüsusilə istehlak kreditləri orta göstəricilərdən xeyli bahadır.

Dövlət özəl bankları dəstəkləyir və buna görə də bu banklar ölkə iqtisadiyyatının inkişafında daha fəal rol oynamalıdır. Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan sonuncu iclasında prezident İlham Əliyev dövlətin banklara azad fəaliyyət üçün şərait yaratmaqda davam edəcəyi vurğulamışdı. Bankların konsolidasiyaya gedərək iqtisadi böhran şəraitində bağlanmaq əvəzinə, fəaliyyətini daha da genişləndirmələri təklifi də dövlət başçısına məxsus idi.

Ancaq dövlətin banklara dəstəyinə baxmayaraq, ölkədə fəaliyyət göstərən bu kommersiya qurumları hələ də yüksək faizlə kredit verməkdən imtina etmək istəmirlər. Bu qədər geniş imkanlar yaradılsa da, onlar hələ də MDB, eləcə də Cənubi Qafqazda ən yüksək faizlə istehlak krediti verən banklardır.

Dollar kreditlərindəki faiz dərəcələri daha acınacaqlı bir mənzərəni ortaya qoyur...

Halbuki, banklar hazırki vəziyyətdə vətəndaşlara çox aşağı faizlə həm manat, həm də dollar krediti verə bilərlər.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ortalama 27-28 faizlə vətəndaşlara istehlak kreditləri vermək əslində bankların strategiyalarının ən böyük səhvidir. Çünki yüksək faizlə verilən kreditlərin böyük hissəsini vətəndaşlar ödəyə bilmir. Nəticədə isə bankların problemli kreditləri artaraq yüksək gəlir əldə etmək yerinə hətta bankların iflasına da səbəb ola bilər. /Xezerxeber.com/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR