İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankdan kredit götürənlərə VACİB XƏBƏR - Mərkəzi Bankın qərarı...

2258 02.11.2023 22:23 Son xəbər A A

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9 %-dən 8,5 %-ə endirilməsi barədə qərar qəbul edib. AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7,5 %-dən 7 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 10 %-dən 9,5 %-ə endirilib.

Hətta rəsmi rəqəmlər də son bir ildə manatın alıcılıq qabiliyyətinin 10 faiz azaldığını göstərir. Azərbaycanda inflyasiyanın necə hesablanması ilə bağlı mübahisəli məqamların olduğu nəzərə alınsa, gerçək azalma daha yüksək həddədir.

“Bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib”, – deyə AMB bəyan edib.

Bəs uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaqmı və manatın məznnəsinə necə təsir edəcək?

Bu barədə Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Referans.az-a açıqlamasında qeyd edib ki, Uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir:

“Ötən il ilə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot stavkasını azaltmağa imkan verib. Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı infilyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Eyni zamanda Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir”.

Depuat qeyd edib ki, kredit faizlərinə təsirlərinə gəldikdə isə bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir. Onun sözlərinə görə, birrəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər: Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan da uçot dərəcəsinin azaldılması kredit dərəcələrinə daha çox psixoloji təsir edir. Eyni zamanda, güman olunur ki, bu addım depozit faizlərinə təsir göstərəcək”.

Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlar ilə yanaşı, uçot dərəcəsinin azaldılmasının manatla yığımlara da təsir göstərəcəyi istisna deyil – deyə Vüqar Bayramov əlavə edib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə bildirir ki, Mərkəzi Bankın sədri demişdi ki, Azərbaycanda uçot dərəcəsinin təsiri o qədər də güclü deyil:

“Bu əslində tamamilə səmimi mövqedir, çünki bizdə malların çoxu idxal mallardır. İdxal malları olduğu üçün də xaricdən gəlir və onların qiyməti gömrükdə bura necə daxil olursa, ona bağlıdır. Yəni Azərbaycan iqtisadiyyatı o baxımdn özü-özünü təmin edən iqtisadiyyat deyil. Çünki uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir. Mərkəzi Bank uçot dərəcəsini artıranda kreditlər də azalır, çünki az kredit götürülür. Deməli, az mal istehsal olunur ki, bu da qiymət artımının qarşısını alır”.

Ekspert qeyd edib ki, faiz dərəcəsinin azalması kreditlərin çoxalmasından xəbər verir. Onun sözlərinə görə, pul həddinin artması inflyasiyaya aparan amillərdən biridir: “Uçot dərəcəsinin 0,5 faiz azalması elə ciddi dəyişikliyə səbəb olacağını deyə bilmərik, amma kredit faizlərində azalma mümkün ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR