İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankda çalışan qadını öldürən mühafizəçinin işi- onunla münasibət qurmaq istəyirmiş

2611 24.06.2020 15:44 Kriminal A A

Bankda çalışan qadını öldürən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə ittiham edilən Orxan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi Göygöldə törədilib. Qətlə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə filialında aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib. Qadın atası və övladları ilə birlikdə Üçtəpə kəndində yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları da olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Məşhur reper Paster həbs edildi - VİDEO

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov vaxtilə qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb və polis əməkdaşlarının keçirdikləri əməliyyatla saxlanılıb.

Məlumata görə qətlin törədilməsinə səbəb Orxanın mərhum Günayla münasibət qurmaq istəməsi və ikincinin bu təklifi rədd etməsi olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR