İnsanlara hürriyət, millətlərə istiqlal!

BANKA BORCUNU ÖDƏMƏYƏNLƏRİN ÖLKƏDƏN ÇIXMASINA QADAĞA QOYULUR

2372 13.10.2010 09:05 İqtisadiyyat A A
Baş İdarə rəisinin sözlərinə görə, icra məmurlarına verilən yeni səlahiyyətlərə əsasən, məhkəmə qərarlarını könüllü şəkildə icra etməyən borcluların ölkədən getmək hüququ məhdudlaşdırılır. Bu məhdudiyyət borclu şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədikdə, icra məmurlarının təqdimatı əsasında tətbiq olunur.
Bundan başqa, məhkəmə qərarlarının qəsdən icra olunmamasına görə cərimə cəzalarının məbləği fiziki şəxslər üçün 500-1000 manat və ya 10 günlük həbs, vəzifəli şəxslər üçün 1000-3000 manat, hüquqi şəxslər üçün isə 3000-5000 manata qədər artırılıb.
X.Zeynalov bildirib ki, artıq bu tədbirlərin praktikada istifadə olunmasına başlanılıb: "Bu da artıq öz nəticəsini verir, bir sıra məhkəmə qərarlarının icrasının təmin edilməsinə nail olunub".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR