İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bank Respublika”nın səhmdarlarının yığıncağı keçiriləcək

285 05.12.2019 10:13 Son xəbər A A

Yanvarın 7-də, saat 11:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Musavat.com xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Bank Respublika”nın Müşahidə Şurasının (MŞ) tərkibinin, 2019-cu il üzrə maliyyə nəticələrinin, işçilərinin mükafatlandırılmasının təsdiq edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 51,13%-i Natiq Saday oğlu Qiliyevə (MŞ-nın üzvü), 16,6%-i Almaniyanın DEG investisiya şirkətinə, 7,74%-i Elçin Saday oğlu Quliyevə (MŞ-nın üzvü), 7,41%-i Sevda Saday qızıl Quliyevaya, 7,32%-i Saday Əsəd oğlu Quliyevə, 5,45%-i Şakir Xəyyam oğlu Rəhimova (MŞ-nın sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,1%-i isə 3 hüquqi və 9 fiziki şəxsə məxsusdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR