“BANK OF AZERBAİJAN” İFLAS ƏRƏFƏSİNDƏ
Qeyd edək ki, adıçəkilən bankla bağlı problemlər bir müddət əvvəldən başlayıb. Mərkəzi Bank “Bank of Azerbaijan”ın fəaliyyətinə qadağa qoyub. Bunun səbəbi ilə bağlı yazmışdıq. Bir daha xatırladaq ki, bank nəqliyyat naziri Z.Məmmədova məxsusdur. Onun oğlu Anar Məmmədov və biznes şəriki Hafiz Məmmədov (o, daha çox “Hafka” ləqəbli iş adamı kimi tanınır) rəhbərlik etdikləri biznes strukturlarının adlarına “Bank of Azerbaijan”dan külli miqdarda kredit götürüb və onların heç birini geri qaytarmayıblar. Bu kreditlərin məbləğinin yüz milyonlarla ölçüldüyü bildirilir.
Həmin kreditləri Anar Məmmədovun “ZQAN-Holdinq”in, Hafiz Məmmədovun isə “Bağlan-qrup”un adına götürdüyü deyilir. Onu da qeyd edək ki, kreditlər tezliklə qaytarılmasa, bank iflas elan olunacaq, ora əhali tərəfindən qoyulmuş depozitlərin əhəmiyyətli hissəsi isə batacaq. Elə vətəndaşları da narahat edən məsələnin bu tərəfidir. Bankın heç bir əməliyyat həyata keçirməməsi buradakı milyonlarla vəsaitin batacağı təhlükəsindən xəbər verir. Ən pisi isə odur ki, bank bu vəziyyəti artıq gizlədə bilmir.
Bildirək ki, bankdakı dövlət o depozitlərin az bir hissəsini - hansılar ki, sığorta məbləğinə daxildir - ödəyə biləcək. Çünki ötən ilin yanvarından Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əhali tərəfindən banklara, həmçinin “Bank of Azerbaijan”a qoyulan əmanətlərin xeyli hissəsi isə məhz qorunmayan əmanətlər sırasına daxildir.
“Bank of Azerbaijan”ın rəhbərliyi qəbul edilən əmanətlərin nə qədərinin dövlət tərəfindən sığortalanması ilə bağlı suala cavab vermir. Qurumdan bunun kommersiya sirri olduğu bildirilir və konkret rəqəm açıqlanmır. Bildirilir ki, Əmanətlərin Sığortalanması Fondunun normativlərinə uyğun gələn bütün əmanətlər sığortalanır.
Yaranmış vəziyyət Mərkəzi Bankın da nəzərindədir. Elə bu səbəbdən də, “Bank of Azerbaijan”a kredit verməyi qadağan edilib. Eyni zamanda depozit qəbulu da yasaqlanıb.
Bütün bu məlumatların gerçəkliyi dünən müştəri qismində “Bank of Azerbaijan”ın 1 və 3 saylı filialında olarkən də təsdiqləndi. Maraqlıdır ki, bankın filiallarında ümumilikdə bütün proseslər dayandırılıb. 3 saylı filialda bildirildi ki, nə pul çıxarışları, nə depozit əməliyyatları, nə də kredit ödənişləri ilə bağlı əməliyyatlara icazə verilmir. Filial əməkdaşları bunun səbəbini bilmədiklərini dedilər. Depozit əməliyyatları üçün isə ümumiyyətlə müraciət etməməyi məsləhət gördülər.
1 saylı filialda isə pul çıxarışları və kredit ödənişləri həyata keçirilsə də, depozit əməliyyatları aparılmır. Əməkdaşlar bildirdilər ki, prosesin nə zaman bərpa ediləcəyi ilə bağlı məlumatlı deyillər. Eyni zamanda qoyulan qadağanın səbəbləri barədə də onlarda məlumat olmadığını dedilər.
Maraqlıdır ki, depozitlər yalnız bankın mərkəzi ofisində qəbul olunur. Burada da proses bir həftədir ki, bərpa edilib. Bankən müştəri xidmətlərində deyirlər ki, bu vəziyyət müvəqqətidir: “Hələlik siz yaxınlaşın mərkəzi ofisə, əməliyyatlar burada həyata keçirilir. Filiallarda yenidən depozit qəbulu yəqin ki, yaxın günlərdə başlayacaq”.
Bankın saytında isə müxtəlif adda depozitlərin elanı yerləşdirilib. Müştərilərə “Rahat”, “Proqressiv” və “Tələbli” depozitləri təklif edilir, şərtlər əksini tapıb. Bundan əlavə, əhaliyə istehlak, avtomobil, sahibkarlıq, məişət və ipoteka kreditləri də təklif olunur. Belə çıxır ki, bank rəhbərliyi öz müştərilərini düşdüyü durumdan xəbərdar etmək əvəzinə, yalançı elanlarla yeni müştərilər cəlb etməyə çalışır. Bəs Mərkəzi Bankın göstərişi?!
Yeri gəlmişkən, Mərkəzi Banka “Bank of Azerbaijan”da nələrin baş verdiyini öyrənmək məqsədilə sorğu ünvanlasaq da, qurumdan hər hansı cavab ala bilmədik.
Mövzunu davam etdirəcəyik.