İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank işçisi Kəşfiyyat İdarəsinin rəisi təyin edildi

12769 27.01.2014 18:32 Ölkə A A
“Axar.az”a daxil olan məlumata görə, “Xalq Bank”ın Mühafizə Xidmətinin rəhbəri polkovnik İlqar Mazanov Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə gətirilb. İlqar Mazanov bu vəzifədə general-mayor Rəhim Cəfərovu əvəzləyib.
 
Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq nazirliyin mətbuat xidməti faktı təsdiqləyib:
 
“Məsələlərə şərh vermədən bildiririk ki, həqiqətən polkovnik İlqar Mazanov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra edir”.
 
Qeyd edək ki, “Xalq Bank”dan “Axar.az”a verilən məlumatda İlqar Mazanovun bir müddət əvvəl bankdakı vəzifəsindən istefa verdiyi bildirildi. 

P.S: İlqar Mazanovun bu vəzifəyə təyinatı haqda xəbər dekabrın ortalarında "Yeni Müsavat" qəzetində dərc edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR