İnsanlara hürriyət, millətlərə istiqlal!

Baməzəliyinin qurbanı olan leninçi – Karl Radek Stalinə də ilişib və bunun bədəlini ödəyib

5717 05.11.2021 14:32 Yaxın tarix A A

Yaxşı lətifə həm güldürür, həm də düşündürür. Siyasi lətifə isə güldürməklə, düşündürməklə yanaşı, bəzən öldürür. Lətifəyə qulaq asanı yox, onu qoşub ortaya çıxaranı. Karl Radeki öldürdüyü kimi...

Sovet dövründə, 1930-cu illərin sonlarına qədər, demək olar ki, bütün siyasi lətifələrin müəllifi olan Karl Radek ciddi siyasi fiqur olmaqla bərabər, həm də qədərindən artıq yumor hissinə malik, son dərəcə hazırcavab bir şəxs kimi tanınıb.

1980-ci illərin əvvəllərində Vyaçeslav Molotovdan Karl Radek haqqında soruşanda, sabiq xarici işlər naziri maraqlı açıqlamalar verib. Yəhudi məsələsinə görə zamanında böyük ağrılar yaşamış, yəhudi olduğuna görə həyat yoldaşı sürgünə göndərilmiş Molotov, yəqin ki, yəhudi əsilli Karl Radek haqqında Stalinin hakimiyyəti illərində danışmağa cürət etməzdi, onun haqqında müsbət fikirlər söyləyə bilməzdi:

radek-wiki-ria.jpg (132 KB)

“Karl Radek istedadlı bir insan idi. Siyasi düşüncələri, təşkilatçılığı, nəzəri bilikləri yetərincə yüksək olan bu leninçi həm də cəsarətli idi, sözü vaxtında və dəqiqliklə hədəfinə çatdıra bilirdi. Güclü yumor hissinə malik olan Karl Radek lətifələri ilə də məhşurlaşmışdı. Onun dövriyyəyə buraxdığı lətifələr sıravi vətəndaşlardan tutmuş Mərkəzi Komitənin yüksək ranqlı vəzifəliləri arasında dillər əzbərinə çevrilmişdi. Stalin də bu lətifələrdən xəbərsiz deyildi. 1920-ci illərin sonlarında Leninin vəfatı ilə bağlı tədbirlərə hazırlıq gedirdi. Hamımız Mərkəzi Komitəyə yığışmışdıq. Radek də aramızda idi. Ayaqüstü söhbət zamanı Stalin ona yaxınlaşdı:

- Karl Berqnardoviç, arada lətifələrin mənə də gəlib çatır. Lətifə qoşmaq heç də pis iş deyil. Amma mənim haqqımda bunu etmək olmaz. Mən rəhbərəm.

582f49beb9ed410d6468343ab570f95f.jpg (53 KB)

Radek Stalinə dərhal cavab verdi:

- Siz rəhbərsiniz??? Bax, bu lətifəni siz özünüz qoşdunuz...

Karl Radek bu cəsarətin sahibi idi...”

1885-ci ildə Lvovda anadan olan Karl Radek gimnaziyanı bitirdikdən sonra Krakov universitetinin tarix fakültəsində təhsil alıb. Gənclik illərindən Almaniyada, Polşada, İsveçrədə çap olunan kommunist yönümlü qəzetlərlə əməkdaşlıq edib. I dünya müharibəsi illərində Leninlə tanış olub və aralarında sıx münasibətlər yaranıb. Bolşevik partiyasının üzvü olan Karl Radek oktyabr inqilabında iştirak edib, inqilabdan sonra Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsində beynəlxalq münasibətlər şöbəsinin rəhbəri olub.

Radek 8.jpg (121 KB)

1919-1924-cü illərdə Karl Radek Komininternin katibi olub, 1925-ci ildə Moskvada fəaliyyət göstərən Şərq kommunist universitetinin rektoru təyin edilib. Müntəzəm olaraq “Pravda” və “İzvestiya” qəzetlərində məqalələrlə çıxış edən Radek eyni zamanda “Böyük Sovet Ensiklopediyası”nın redaksiya heyətinin üzvü olub.

Qatı Trotski tərəfdarı olan Radeklə Stalinlinin münasibətlərində həmişə gərginlik müşahidə edilib. Stalin bunu açıq büruzə verməsə də Radek öz lətifələri ilə sovet liderinə münasibətini gizlətməyib. Lev Trotski Siyasi Bürodan uzaqlaşdırılanda Radek Stalinin köməkçisi Bajanovdan soruşub:

- Yoldaş Bajanov, sizə bir sual vermək istəyirəm. Sizcə, Musa peyğəmbərlə Stalinin arasında hansı fərq var?

002-4071-5.jpg (167 KB)

Bajanov qəfil və gözlənilməyən suala cavab verə bilməyib. Radek özü öz sualını cavablandırıb:
- Heç bir fərqi yoxdur. Musa peyğəmbər yəhudiləri Misirdən qovub, Stalin isə “politbüro”dan. Ümimiyyətlə, yoldaş Bajanov, sənin sahibinlə mübahisə etmək çətindir. Sən ona siyasətdən danışırsan, o sənə sürgündən...

1927-ci ildə Radek partiyanın kollektivləşdirmə siyasətinə qarşı çıxdığına görə Kommunist Partiyası sıralarından xaric edilib.

Üç illik yazışmalardan sonra, 1930-cu ildə Radeki yenidən partiyaya qəbul ediblər və həm də o, işlə təmin edilib. Radek Mərkəzi Komitədə beynəlxalq informasiya bürosuna rəhbərlik edib.

002-1278-13.jpg (143 KB)

1936-cı ildə qara buludlar yenidən Radekin başının üstünü alıb. O, antisovet trotskiçi mərkəzin fəaliyyətində yaxından iştirakına görə ittiham edilib. Məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Radek məhkəmə prosesində də yumorundan və “aktyorluq” fəaliyyətindən əl çəkməyib. İstintaq zamanı ona işgəncələrin tətbiq edilib-edilməməsi haqqında sual veriləndə özünəməxsus cavab verib:
“Mən müstəntiqlər haqqında nəsə xoşagəlməz fikir söyləyə bilmərəm. Əksinə, mən üzr istəyirəm ki, onları vəzifə səlahiyyətlərindən kənar əməllərə məcbur etmişəm...”

Prokuror Vışınski ilə dialoqunda isə Radek əməlli-başlı şou yaradıb: “Yoldaş prokuror, mən bütün “günah”larımı etiraf edirəm. Xahiş edirəm, mənə qarşı mərhəmətli olmayasınız. Bilirəm, Stalin sizə göstəriş verib ki, mənə qarşı “humanistlik” nümayiş etdirəsiniz. Amma mən bununla razılaşa bilmərəm. Sizdən bir xahişim də var, Zinovyev və Kamenev ən ağır cəzalara “məhkum” edilməlidirlər...”

8defd836c5f2504d1bf93a8f355cf732.jpg (91 KB)

Radek cəzasını Verxneuralsk həbsxanasında çəkib. Amma 10 il yox, 3 il. 1939-cu ildə o, türmədə ölüb. Ölümün rəsmi səbəbi məhbuslarla dava zamanı aldığı çoxsaylı xəsarətlər göstərilib. Həqiqətdə isə Radekin ölümünü Stalinin tapşırığı ilə Beriya və Kobulov təşkil ediblər. Radekin kamerasına Stepanov soyadlı “məhbus”, əslində isə “NKVD”-yə xidmət edən şəxs salınıb. O, müxtəlif bəhanələrlə Radeklə mübahisələr yaradıb və bu mübahisələr dava ilə nəticələnib. Stepanov Radeki döyərək öldürüb.

Radekin ölümü ilə bağlı Stalinə yazılı məruzə təqdim edilib. Tanışlıq məqsədi daşıyan bu sənədin üzərinə dərkənar qoyulması vacib sayılmasa da, Stalin sənədin üstünə aşağıdakıları qeyd edib:
“Yaramaz Radek, əgər sən küləyə qarşı işəməsəydin, azğınlaşmasaydın, sağ qalardın...”

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR