İnsanlara hürriyət, millətlərə istiqlal!

“Balyoz”la öldürüldüyü deyilən “vaqner”çi bandit salamat çıxdı-QONDARMA TAMAŞA

935 15.02.2023 17:14 Dünya A A

Dünən Rusiya kanallarında “Vaqner” ÖHŞ-nin “ukraynalılara əsr düşən” daha bir məhkumu edam etdiyi barədə informasiya yayılıb.  Xəbər ortaya çıxdığı zaman xarici ekspertlər görüntülərin həqiqiliyinə şübhə ilə yanaşmışdı. Onların ehtimalları doğru çıxıb.

Musavat.com xəbər verir ki, “Komsomolskaya Pravda”nın müxbiri Alexander Kots Telegram kanalında daha əvvəl xəyanətə görə balyozla öldürüldüyü deyilən “Vaqner” muzdlusu Dmitri Yakuşenkonun canlı olduğu videonu yayımlayıb.

"Başını çəkiclə sındıran həmin “Vaqner” döyüşçüsü. Sağlam və diribaş halda döyüşə davam edir",-deyə Kots yazıb

Videoda “Vaqner”in qurucusu Yevgeni Priqojin də görünür. Onun sözlərinə görə, Yakuşenko guya döyüş tapşırığını yerinə yetirib və azıb, sonra əsir götürülüb. Priqojin iddia edir ki, Yakuşenko əsirlikdən “vacib məlumatlar” gətirib.

Yakuşenko Rusiyaya necə qayıtması ilə bağlı suala cavab verməkdən imtina edib.

Sosial mediada muzdlunun ümumiyyətlə əsir düşməsinə şübhə ilə yanaşanlar çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR