İnsanlara hürriyət, millətlərə istiqlal!

Balotelli Bakı klubuna keçir

4243 11.01.2015 20:08 İdman A A
Azərbaycan futbol tarixində ən səs-küylü transfer baş tuta bilər. 

Bakının "İnter" klubu İtaliya millisinin və İngiltərənin "Liverpul" klubunuin forvardı Mario Balotellini heyətinə qatmaq istəyir. Belə bir iddia ilə İtaliya mətbuatı çıxış edib.

Məlumatda deyilir ki, "Liverpul"da əsas heyətə düşməkdə çətinlik çəkən qara dərili futbolçu qış transfer pəncərəsində komandasını dəyişəcək. Balotellinin komandadan göndərilməsində maraqlı olan "Liverpul" rəhbərliyi istənilən təklif qarşılığında İtaliya millisinin hücumçusunu satacağı gözlənilir. 

İtaliyanın "Napoli" və "İnter", Yunanıstanın "Olmpiakos", Fransanın PSJ və Bakının "İnter" klublarının Balotellinin xidmətində maraqlı olduğu bildirilir.

Mənbə
ANS PRESS
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR