BALKONDAN DOLLAR SƏPƏN GENERAL
Qüdrət bəy raqatkanı götürüb və tarak... Barak Obamanın düz alnından bir dənə. Deyib ki, Obama ABŞ prezidenti olan kimi çaşdı, bizi erməniyə satdı, ardınca da "WikiLeaks" haqq-hesabı çıxdı. Deyib, bu saytın yazdıqları Amerikanın Azərbaycanı susdurmaq üçün təzyiqidir, ölkə başçısının ən sadiq tərəfdarları haqda qəsdən hazırlanmış qərəzli rəydir. Sonra soruşub: niyə yalnız ABŞ-la münasibətlərində gərginlik olan ölkələrlə bağlı məlumatlar yayılır?
Aha, əsas sirr budur. Çox səmimi etirafdır. Təşəkkürlər, Qüdrət bəy. Amma bir-iki sarsaq sual var. Bəs indiyədək niyə ayrı nəğmələr oxunurdu? AzTV, “Azərbaycan” və “Yeni Azərbaycan”, Qurbanlı və Əhmədoğlu Mübarizlər ABŞ-Azərbaycan dostluğu, strateji münasibətləri, sevgi dastanları danışırdı? Deməli, yalan imiş, bu sevgidə əğyar, xəyanət varmış. Ölkə başçısının ən sadiq tərəfdarları kimdir? Məntiqlə Kəmaləddin Heydərov. Axı sayt onun sərvəti, şəxsi təyyarələri haqda yazıb. Obamanın Heydərovla ədavəti var yəni?! Nə desən olar, dünyanın zayı çıxıb...
Qüdrət bəy deyir Azərbaycan xalqı müharibəyə hazırlaşmalıdır. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev yoldaş Amerikanı yıxıb-sürüyəndən sonra mən də belə fikirləşirəm. General yankilərlə cihada fitva verdi: ““WikiLeaks” saytında dövlətçiliyimizə qarşı iftiralardan sonra Amerika ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz”.
Quliyevi bu cihadda dəstəkləməyə hazıram. Hansı bank mənə şapkasız kredit versə, gedib şəhərdəki təsərrüfat-ovçuluq dükanlarındakı bütün yaba, lom, yaba sapı, balta, dəhrə, tüfəng, süngü-bıçaq - nə varsa alacam. Bu əmək və döyüş alətlərini öz davakar-zəhmətkeş sosial bazama paylayıb onları Amerikanın üstünə yollayacam. Qoy ABŞ-ı ölkəmizdən paya ilə qovsunlar. Yankilər onda görər ki, tarixə təkcə “Marşall planı” düşmür. Marşalımız olmasa da siyasəti əla bilən generallarımız, müdrik “General planı”mız var.
Dayanın, gör başınıza nə oyun açırıq. Deyirlər geniş xalq kütlələrinin iştirakı ilə ABŞ əleyhinə mitinqlər hazırlanır. Görərsiniz, bizim süpürgəçi və malabaxanlar orada çıxış edib Ağ Evin raketdənmüdafiə sistemlərini Avropaya yerləşdirməsindən tutmuş “erməni soyqırımı”na qədər hər fırıldağınızı necə ifşa eləyəcək. Kopoyoğlanları...
Bu nədi, ə, belə də şey olar?! Sən gəl keç yuxarı başa, min boynumuza, biznən strateji müttəfiq-müttəfiq oyunu oyna, “Əsrin müqaviləsi” imzala, neft-qazımızı sor, saqqızımızı çeynə, axırda da belə?! Dayan e, yankilərin YAP-ın içinə yeritdiyi keçmiş səfir Eskudero bəlkə də Ağ Evin agentidir. Bəlkə Qəbələyə də qaban ovuna bica yerə getmir. Bəlkə RLS-lə bağlı məxfi xəbərlər yığır ov adı ilə. Nə biləsən? Adam Eskuderonun Nardaran əhlinin 30 hektar torpağını işğal etməsini yada salanda qisas hissi ilə lap çox alışıb-yanır.
Yox e, Sem dayı, heylə şey yoxdur, biz belə oynamırıq. Əl-ayağımız dəyməmiş şələ-şüləni yığ, sürüş buradan. Hələ heç onu demirəm ki, bizə səfir də yollamırlar. Nədi, sığışdırmırsınız özünüzə? Bəs onda şəhərin göbəyində bir hektar ərazini niyə çəlləklə çəpərləyibsiniz? Kovboy dədənizin torpağı var burda? O çəlləkləri də yığışdırın. Orada torpağın sotu azı 500 mindir. Sizdən nə xeyir? Yenə də satıb cibimizə qoyarıq. Bir ətək puldur.
Pul demişkən, buradan bütün nazirlərə, icra başçıları, general, prokuror və polis rəislərinə səslənirəm. Yoldaşlar, pullarınızı təcili şəkildə dollardan manata çevirin, heç kimdən dollarla rüşvət götürməyin. Manata çevirə bilmədiyiniz o məlun dollar paçkalarından tonqal qalayın (inanıram ki, yoldaş Quliyev bu dəqiqə cibində bir dollar da hərləmir, bəyanatı verən kimi hamısını cırıb atıb). Tonqalı telefonla çəkib saytlara qoyun, yankilər yanıb-tökülsün. Vətən bu rəşadətinizi unutmaz. Amerikadakı mal-mülkünüzü satıb təzə strateji müttəfiqlərimiz olan Dubayda, Qambiyada, Vyetnamda, Mozambikdə villa alın. İqtisadi vətənpərvərlik deyilən anlayış var. Vətən dardadır. Bütün tayfa başçılarına səslənirəm. Hərə öz qəbiləsini yığıb gəlsin. Amerika ilə davaya gedirik. Qəbələ Kəmaləddin bəyin, qələbə bizimdir.
Bir gün nazir və generallarımızı ABŞ-dakı villalarını şəhid ailələrinə bağışlayan, dollarlarını balkondan səpən görsən, gözünü döymə. Amerika ilə əlaqələrimizin vəziyyəti ruscadır...