İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə narkotik bitkiləri əkib becərən şəxslər saxlanılıb - FOTO

1553 20.06.2017 22:30 Kriminal A A

Balakəndə narkotik tərkibli bitkiləri əkib becərən şəxslər saxlanılıb. Onlardan birinin evindən qanunsuz saxladığı odlu silah götürülüb.

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində rayonun Mahamalar kənd sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Nəcəf oğlu Kərimovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 5 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb. Əməliyyatın davamı olaraq Bəxtiyar Kərimovun yaşadığı evdən qanunsuz saxladığı 16 çaplı qoşalülə ov tüfəngi götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.

Aparılmış digər əməliyyat zamanı isə 1958-ci il təvəllüdlü Nazim Qurban oğlu Nastakalovun Balakən şəhəri Rüfət Əhmədzadə küçəsində yaşadığı evin həyətyanı sahəsinin müxtəlif hissələrində 11 ədəd dibçək qabların içərisində ümumi sayı 18 ədəd olmaqla narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb.

Əməliyyatın davamı olaraq yaşadığı evin zirzəmisindən isə şəxsi istehlak üçün nəzərdə tutulan miqdardan yuxarı çəkidə qurudulmuş marixuana götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib.

Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR