İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə karantin qaydalarını pozan toy sahibləri cərimələnib

244 27.07.2021 15:45 Ölkə A A

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mahamalar və Tülü kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı toy sahibləri inzibati məsuliyyətə cəlb edilib və onların hər biri 400 manat cərimələnib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR