İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə karantin qaydalarını pozan toy sahibi cərimələnib

424 18.10.2021 15:33 Son xəbər A A

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavaat.com-a verilən məlumata görə, rayonun Qazma kəndində Sahib Məmmədova məxsus evin həyətyanı sahəsində təşkil edilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Sahib Məmmədov inzibati məsuliyyətə cəlb edilib və 400 manat cərimələnib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR