İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə faciəvi şəkildə ölən Günayın FOTOları - tanınmış idmançı imiş

962 04.12.2023 16:35 Gündəm A A

Keçən həftə Balakən rayonunda baş verən ağır yol qəzasında vəfat edən 26 yaşlı Günay İsmayılova barəsində yeni məlumatlar yayılıb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, Balakənin Hənifə kəndindən olan G.İsmayılova voleybolçu olub və Bakıda yaşayırmış.

O, hadisə baş verərkən Bakıdan yaxınlarının yaşadığı rayona gedibmiş.

Qeyd edək ki, rayonun Şambul kənd inzibati ərazisində "Mercedes" markalı avtomobillərin toqquşduğu hadisədə Günayla yanaşı 1974-cü il təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu da vəfat edib. Daha 5 nəfər isə xəsarət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR