İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakən rayonunda ad günü məclisi təşkil edən şəxslər cərimələniblər

421 17.03.2021 12:44 Ölkə A A

Balakən rayonunda xüsusi karantin rejimi qaydalarının pozularaq ad günü məclisi təşkil edilməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildiriblər ki, axşam saatlarında şəhər ərazisində yerləşən “5+” adlı kafeni icarə əsasında işlədən Hənifə kənd sakini Dilbər Mustafayevanın doğum günü münasibətilə məclis təşkil etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən obyektə baxış zamanı karantin qaydalarının pozulduğu aşkar edilib. D.Mustafayeva və qonaqlar barəsində qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR