İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanıldı

538 18.06.2024 17:50 Kriminal A A

Bakı şəhərinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən Rabil Məmmədov saxlanılıb. R.Məmmədovdan 6 kiloqram marixuana, 1 kiloqram metamfetamin, əlavə olaraq heroin və 70 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc müqabilində paytaxt ərazisinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR