İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıxanovdakı 50 kimsəsiz ahılı vətəndaş cəmiyyəti himayə edir - FOTOLAR

520 05.09.2019 12:38 Ölkə A A

Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tənha, kimsəsiz və sağlamlıq imkanları məhdud şəxslərin sosial problemlərinin həlli istiqamətində xidmətlərin təşkili” adlı layihəsi başa çatır.

Layihənin rəhbəri Kübra Babayevanın Musavat.com-a verdiyi bilgiyə görə, məqsəd Bakı şəhərinin Bakıxanov qəsəbəsində yaşayan sosial problemləri olan tənha, yaşlı, əlil, xəstə, kimsəsiz və imkansız şəxslərə maddi, mənəvi, hüquqi yardım etmək, onları vacib olan ərzaq məhsulları və dərman preparatları ilə ilə təmin etmək, həkim müayinəsi və müalicələrini təşkil etmək olub:

“Layihə çərçivəsində 4 ay müddətində fiziki imkanları məhdud yaşlı, tənha və kimsəsizlər evlərində tibbi müayinədən keçirilib, müalicələri təşkil olunub. Bundan başqa, biz onların gündəlik məişət qayğılarının, o sıradan gigiyenik tələbatlarının ödənilməsi üçün rayon sosial təminat şöbəsinə müraciət etdik. Qısa zamanda onlar üçün sosial işçilər ayrıldı”.

Kübra Babayevanın sözlərinə görə, layihə dönəmində 50 nəfər tənha, kimsəsiz və xəstə şəxsin ən zəruri ərzaq və dərman ehtiyacları ödənilib, onların tibbi müayinəsi təşkil edilib, ehtiyacı olanlara pulsuz hüquqi yardımlar edilib: “Bu insanlar cəmiyyətimizin qayğıya ən çox ehtiyacı olan üzvləridir. Sağlamlığını itirmiş, ailə üzvləri həyatda olmayan bu insanlar çevrənin köməyi olmadan son dərəcə ağır həyat şərtləri altında yaşamağa məhkumdurlar. Sosial və hüquqi problemlərlə üzləşən ahıl, qoca, kimsəsiz və tənha insanlara problemlərinin həllində yardımların göstərilməsi, həmçinin cəmiyyətdə xeyriyyəçilik ənənələrinin güclənməsi məqsədi ilə biz rəsmi qurum təmsilçilərinin, xeyriyyəçilərin, bələdiyyə, QHT və KİV nümayəndələrinin işbirliyi mexanizmini yaratmaq üçün bir neçə dəfə müzakirələr keçirdik. Milli QHT Forununun prezidenti Rauf Zeyni, D. Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Bakı Dövlət Universitetinin professoru Almaz Əliqızı başda olmaqla vətəndaş cəmiyyətinin xeyli fəali bizim müzakirələrə qatıldılar, vacib tövsiyyələr verdilər, təcrübələrini bölüşdülər. Düşnürəm ki, ictimaiyyətin diqqətini bu sahəyə yönəltmək üçün hədəf qruplarımızın adı çəkilən orqanların nümayəndələri ilə görüşü onların həyat şərtlərinin yaxşılaşdırılması, eyni zamanda sosial müdafiələrinin gücləndirilməsi baxımından faydalı olacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR