İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib (FOTO)

3572 13.03.2014 05:30 Hadisə A A
Bu gecə Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Şərifzadə küçəsində "Saipa" markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirərkən sürətlə hərəkət edən "Range Rover" markalı maşın idarəetməni itirərək ona çırpılıb.
 
Qəza nəticəsində "Saipa"nın sürücüsü Elnur Hüseynov xəsarət alıb. Digər avtomobilin sürücüsu isə hadisə yerini tərk edib.
 
Hər iki avtomobilə ziyan dəyib. Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına aparıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR