İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb - FOTO

314 17.12.2019 04:10 Kriminal A A

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə zamanı "Tofaş" markalı minik avtomobili "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Tofaş" markalı avtomobildə olan sərnişin - 1994-cü il təvəllüdlü Mehdiyev Asim Rasim oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYPŞ-nin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR