İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzindəki partlayış nəticəsində notarius kontoru və universitet binasına ziyan dəydi

3601 27.01.2018 11:00 Hadisə A A

Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında baş vermiş partlayış zamanı dövlət qurumunun ofisi də daxil olmaqla bir sıra obyektlərə ziyan dəyib.

"Report"un xəbərinə görə, hadisə nəticəsində Ədliyyə Nazirliyinin 41 saylı Notariat Kontoru, "28 Market" mağazası, "Zəka" kitab evi, "Oyal plus", "Ofisait", ofis və dəftərxana ləvazimatları mağazası, aptek və s. obyektlər ciddi zərər görüb.

Hadisə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas binasının şüşələri qırılıb.

Partlayış binanın üçüncü mərtəbəsinə də ziyan vurub. Binada yaşayış dördüncü mərtəbədən başladığından, sakinlər arasında xəsarət alan yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR