İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzindəki güclü yanğın söndürülüb (VİDEOLAR, FOTOLAR) - Yenilənib

10269 22.02.2014 15:11 Son xəbər A A
Bakının mərkəzində yaşayış binasında başlayan şiddətli yanğın söndürülüb. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

* * * * *
14:32

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra Trend-ə bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.

***

14.01

Köhnə "Bakı" univermağının yanındakı, Üzeyir Hacıbəyov 75/89 (Fikrət Əmirov 2) ünvanındakı yaşayış binasında güclü yanğın başlayıb. Musavat.com-un hadisə yerindən verdiyi məlumata görə, yanğın şiddətlidir. Oxuculara aydın olsun deyə bildirək ki, bina "Hökumət Evi" ilə üz-bəüzdür, "Yazıçılar binası" da deyilir.
  
Əməkdaşımızın sözlərinə görə, artıq FHN-in yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir və alovu ram etməyə çalışırlar. İlkin versiyaya görə yanğın binanın havalandırılma sisteminin nasazlığına görə başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədə) qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR