İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində boğazı kəsilən gəncin kimliyi məlum oldu (FOTO)

4626 06.01.2015 23:40 Son xəbər A A
Bakının mərkəzində boğazı kəsilən gəncin şəxsiyyəti məlum olub.

Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
 
Cinayət kimin törətdiyi isə hələ məlum deyil. O, qətli törətdikdən sonra hadisə yerini tərk edib.
 
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu gün axşam saatlarında Bakının mərkəzində qətl hadisəsi baş verib. Cinayət “Sahil bağı”nın yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki gənc arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR