İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində avtoxuliqanlıq edib paylaşdı, cəzalandırıldı - VİDEO

753 16.09.2022 12:58 Hadisə A A

Bakının mərkəzində avtoxuliqanlıq edərək video paylaşan şəxs məsuliyyətə cəlb edilib.

Musavat.com-un məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qafqazinfo-ya bildirib ki, sentyabrın 15-də paytaxtın Füzuli, Şəmsi Bədəlbəyli və digər küçələrində avtoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan “Mercedes” markalı 90 VS 077 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən edilib.

Sürücü Şirinov Rəşad Eldəniz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 500 manat cərimə edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən şəxs sosial şəbəkədə canlı yayım açaraq etdiyi hərəkətləri nümayiş etdirib.

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR