İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının əksər rayonlarında və bəzi bölgələrdə enerji təchizatında yaranmış problem aradan qaldırılıb -YENİLƏNİB

10834 03.07.2018 20:44 Son xəbər A A

Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 21:00-da stansiyadan Mingəçevir şəhərinə enerji verilişi bərpa olunub.
 
Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.   

*** 20.15

Bakının əksər rayonlarında və ölkənin şimal bölgəsində enerji təchizatında yaranmış problem aradan qaldırılıb.

APA-nın məlumatına görə, bu barədə Bakı sakinləri sosial şəbəkələrdə yazıblar.

Yaxın dəqiqələrdə paytaxtın digər ərazilərində, həmçinin ölkə ərazisində elektrik enerjisinin təchizatının bərpa olunacağı gözlənilir.

***

Saat 19:14

Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

***

Saat 19:07

Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.

"APA-Economics"in məlumatına görə, sosial şəbəkələrdə Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi yenidən dayandırıldığı yazılıb.

Eyni zamanda, bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR