İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının BU prospektində çuxur yarandı -4 avtomobil...

2137 13.12.2023 00:52 Hadisə A A

Bakınln Yasamal rayonunda yol ötürücüsündə çuxur yaranıb.

APA xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsində qeydə alınıb.

Yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib. Ümumilikdə 4 avtomobilə ciddi ziyan dəydiyindən həmin sürücülər polisə məlumat verib.

Digər maşınlara zərər dəyməsin deyə onlar yüksək sürətli şosedə dayanaraq sürücüləri digər zolağa yönləndiriblər. Hazırda sözügedən şosedə sıxlıq yaranıb. Qələbə dairəsindən Koroğlu istiqamətinə hərəkət edən sürücülərin diqqətli olması tövsiyə edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR