İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını narazı salan Avropa İttifaqının rəsmisi yenə gəldi: masada nələr var?

1539 15.09.2021 10:30 Siyasət A A

Separatçı rejimin “naziri” ilə görüşmüş və izahat vermiş Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “status” müzakirələri ərəfəsində yenidən bölgədədir-niyə?

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistana səfər edib, ölkə rəhbərliyi ilə görüşlər keçirib. “Yeni Müsavat”ın xəbərinə görə, Aİ rəsmisinin Bakıya da səfəri gözlənilir və söhbətin Ermənistan - Azərbaycan münasibətlərinin nizamlanması yollarından gedəcəyi şübhə doğurmur. Amma o, bir o qədər də arzulanan persona deyil.

Klaar bu ilin aprelində də Bakıda və İrəvanda olmuşdu. Amma onun Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayanla görüşü Bakıda haqlı narazılıq doğurmuşdu və qurumun Bakı nümayəndəliyinin səfiri Yankauskasa etiraz bildirilmişdi. Ona görə Bakıdan gələn təpkilərə Klaar izahat verməli oldu. “Bu və ya əvvəlki görüşlərin İrəvanda baş verməsi həmsöhbət ilə tanınma və ya razılaşmaq demək deyildi. Heç bir halda bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizliyin təzahürü deyildi. Buna şübhə etmək olmaz. Avropa Birliyi Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir” deyə, Klaar separatçı ilə görüşünə düzəliş etmişdi.

Mirzoyan to Klaar: Azerbaijan must repatriate Armenian captives and end  Armenian-phobic and militant rhetoric

Bu səfərində isə Klaar Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında hərtərəfli həlli zərurətini qeyd ediblər. Baş nazir Nikol Paşinyan Klaarı qəbul edib. O, Avropa İttifaqının 2,6 mlrd. avroluq maliyyə paketindən ibarət dəstəyini yüksək qiymətləndirib.

Aydındır ki, Klaar yenidən bu cür siyasi səhvə yol verməyəcək. Lakin bu səfər Avropa İttifaqının “Qarabağ məsələsində” fəallaşdığı bir dövrə təsadüf edir. Yada salaq ki, sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Qarabağda vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.  Avropa Birliyinin müharibədən sonra danışıqlarda iştirakına ən çox Ermənistan maraqlıdır ki, bunu bir neçə dəfə açıq şəkildə dilə gətirib. Bu da təsadüfi deyil. Çünki Avropa Birliyində Ermənistanı açıq dəstəkləyən Fransadan başqa ölkələr də var. 

Təsadüfi deyil ki, Avropa Birliyi Ermənistana Azərbaycandan bir neçə dəfə çox maliyyə yaradımı etməklə bağlı qərar da verib. Beləliklə, Avropa Birliyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini Bakının heç bir halda razılaşmayacağı gorbagor olmuş “status” mövzusunun yenidən gündəmə gətirilməsinə cəhdlər edildiyi bir vaxtda bölgəyə göndərir. Klaar “status” mövzusuna toxunacaqmı? Bakıda nələr müzakirə ediləcək?

Bakupost.az - “Tarif Şurası ləğv edilsin" - Razi Nurullayev

Razi Nurullayev 

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, masada nələrin müzakirə olunacağı Azərbaycandan asılıdır. Onun sözlərinə görə, əgər xaricdən gələn qonaqlar, eləcə də Aİ-nin xüsusi nümayəndəsi “statusu” Bakıda müzakirə etmək istəsələr, bundan imtina edilməlidir. R.Nurullayev qeyd etdi ki, həm rəsmi səviyyədə, həm siyasi partiyalar bəyan ediblər ki, heç “status” ola bilməz.

“Ermənilər sülhlə razılığa gəlməyiblər, BMT qətnamələri ordumuz tərəfindən icra olunub. Əgər ermənilər razılığa gəlsəydi və əraziləri boşaltsaydılar, onda müzakirələr ola bilərdi. Biz görürük ki, Avropa Birliyi Ermənistana 2.6 milyard dollar, Azərbaycana isə kiçik bir vəsait ayırıb. O halda, Avropa İttifaqının bizə təsir gücü və təzyiq vasitəsi olmamalıdır. Çünki onların hüquqi və mənəvi haqqı da qalmayıb”, - deyə R.Nurullayev bildirdi.

Deputatın fikrincə, Azərbaycan Aİ-nin nümayəndəsi qarşısında tələblər qoymalıdır: “Avropa Birliyi işğaldan azad edilən ərazilərin bərpasına kömək etsin, beynəlxalq donorçuluq kampaniyası təşkil eləsin və uzunmüddətli sülh müqaviləsi bağlanmasına töhfə versinlər. Bu müqavilə hansısa ”status" verilməsi ilə bağlana bilməz. Qarabağda olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək yaşaya bilər. Bundan kənar masada müzakirə olacaqsa, onda bizim zəifliyimiz olar. Bu məsələ müzakirə edilə bilməz. Azərbaycan tələb etməlidir ki, qaçqınların köçürülməsi, beynəlxalq donor məsələsi, ərazilərin bərpası müzakirə edilirsə xoş gəlib, əks halda, xoş getdi".

ARAMCO”nun partladılması kimə xidmət edir? - Ramiyə Məmmədova

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Klaar bu dəfə İrəvanda özünü yaxşı aparıb: “Bu səfərində yalnız Minsk Qrupu çərçivəsində müzakirələrdən söz açıblar. Nə ”status" sözünü dilə gətirib, nə hansısa separatçı ilə görüşüb. Görünür, keçən dəfə olan etirazdan sonra ağıllanıb. Əgər İrəvanda “status” haqda kəlməsi olmayıbsa, Bakıda bunu dilinə gətirəcəyini heç gözləməyə dəyməz. Hər halda, qonaq daha çox Minsk Qrupunun fəaliyyətinin bərpası ilə bağlı istəyini çatdıracaq. Azərbaycan isə Minsk Qrupunun yalnız sülh müqaviləsinin bağlanmasına hər hansı töhfəsi olacaqsa, müzakirələrə isti yanaşır. Bundan kənarda heç bir razılaşma ola bilməz".

Təhlilçi hesab edir ki, bütövlükdə Aİ Ermənistana dəstək verməkdədir: “Avropa Birliyi ölkələri Paşinyan hakimiyyətinin yanındadırlar. Bu, təkcə Qarabağa görə deyil, Rusiya siyasətinə qarşıdır. Qərb Ermənistanı Moskvadan qoparmaq üçün çalışır.

Emil SALAMOĞLU

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR