İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı erməni keşiş: “Erməni patriarxı 2-ci Qareginin müharibə çağırışlarını qınayıram”

903 06.11.2020 14:54 Ölkə A A


 
“Erməni patriarxı 2-ci Qareginin müharibə çağırışlarını qınayıram”.

Musavat.com bildirir ki, bu sözləri Bakıda əsir olan erməni keşiş Hovsep Saakyan Araratoviç bildirib. O, qeyd edib ki, ölkəsində erməni kilsəsinin digər icmalarına münasibət pisdir:

“Mənim mövqeyim müqəddəs kitabın mövqeyidir və müqəddəs kitab insanları sülhə çağırır. Öldürmək böyük günahdır. Buna görə də erməni din xadimlərinin müharibə çağırışlarını qınayıram. Təəssüf ki, vətənimdə erməni kilsəsinin digər icmalara münasibəti pisdir, onları sekta hesab edir. Mən orda olan zaman Azərbaycan tərəfindən hər hansı bir kilsənin bombalanmasının və ya atəşə tutulmasının şahidi olmadım”.

Erməni keşiş həmçinin  Şuşa və digər ərazilərdəki müqəddəs yerlərin döyüş meydanına çevrilməsini qınayıb:
“Həmin yerlərdə imanlı insanlar olurlar və öz Allahlarına dua edirlər. Müqəddəs yerlər müqəddəs olaraq da saxlanılmalıdır. Həmin yerlərin pis vəziyyətə salınmasına  çox pis baxıram”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl erməni Apostol Kilsəsinin rəhbəri, katolikos 2-ci Qaregin erməni xalqına müraciət edərək,  uşaqdan böyüyə qədər hər kəsi Qarabağ uğrunda ölüm-dirim mübarizəsinə səsləmişdi.
 
 
Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR