İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda zibilləri yandırmaq istəyən sakinlər yanğın törətdi - VİDEO, FOTOLAR

1756 08.06.2015 14:48 Son xəbər A A

Səbail rayonu, Badamdar qəsəbəsində, Tofiq Məmmədov 29/35 ünvanında yanğın baş verib. Hündürmərtəbəli binanın həyətində zibillərin yandırılması cəhdi yanğına səbəb olub və yanğın yaxınlıqdakı elektrik xətlərinə keçib. Bina sakinləri yanğına müdaxilə etməyə çalışsalar da söndürməyə nail ola bilməyiblər. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib və alovun yayılmasının qarşısını alıblar. Yanğın yaşayış binalarının yaxınlığında olduğu üçün sakinlərin təşvişinə səbəb olub. Yanğın nəticəsində elektrik xətləri sıradan çıxıb.

Sakinlər bildirib ki, zibillər vaxtında aparılmadığından ərtafı üfunət iyi bürüyür. Bunun qarşısını almaq üçün zibilləri yandırmaq qərarına gəliblər. Lakin yanğının bu qədər böyüyəcəyini ehtimal etməyiblər. Sakinlər etiraf edib ki, burada zibillərin yandırılması halı ilk dəfə deyil.

Məğrur Salmanov
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR