İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yük və minik maşınları toqquşdu: 3 yaralı (FOTO)

688 15.10.2014 03:05 Hadisə A A
Bakının Nizami rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. "Hyundai" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

İlkin məlumata görə, hər iki avtomobil Babək prospekti ilə "8-ci kilometr" qəsəbəsi istiqamətində hərəkət edirmiş. VAZ-2107 prospektdən sağa - məhəlləarası küçəyə dönən vaxt sağ tərəflə hərəkət edən yük maşını onu vurub. Nəticədə VAZ-2107-nin sürücüsü Anar Bayramov və iki sərnişini xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR