İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yolu keçən piyadanı avtomobil vurdu

428 26.11.2020 23:20 Hadisə A A

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində, “Meyvəli” bazarın yaxınlığında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1972-ci il təvəllüdlü, Abdullayev Azad Mirzağa oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin müayinəsindən sonra ona sol diz oynağının sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR