Bakıda yeznə-qayın davası: qohumlar bir-birini xəstəxanalıq etdi
Bakıda yeznə və qayın arasında dava düşüb, qohumlar bir-birilərini xəstəxanalıq ediblər.
Musavat.com-un məlumatına görə, hadisə Digah qəsəbəsində baş verib.
Rzayev Tapdıq Səlim oğlu və yeznəsi Hüseynov Ruslan Arif oğlu birlikdə yeyib-içiblər. Sərxoş olan qohumların sözləri çəp gəlib. Mübahisə davaya çevrilib və qohumlar bir-birilərinə bədən xəsarətləri yetiriblər. Səs-küyə qonşular gəlib və yaralı vəziyyətdə olan yeznə-qayın 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hər iki yaralının müalicəsi xəstəxanada davam etdirilir.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.
Musavat.com






