İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA YANACAQ DAŞIYAN MAŞIN PARTLADI (Yenilənib)

5273 26.01.2013 15:41 Son xəbər A A

Bakının Səbail rayonu ərazisində güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bibiheybət məscidindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda yanacaqdaşıyan yük maşını partlayıb. Güclü partlayışdan sonra dəhşətli yanğın baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın yollanıb, bir maşın da hadisə yerinə getməyə hazırlaşır. Yanğınsöndürənlər alovun ətrafa yayılmamasına çalışır.

Hadisənin hansı səbəbdən baş verdiyi və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

***

14.11

Səbail rayonu ərazisində Bibiheybət məscidindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda yanacaqdaşıyan yük maşını partlaması nəticəsində yaxınlıqda olan avtomobillər yanmağa başlayıb. Bu barədə hadisşə şahidləri ANS PRESS-ə məlumat veriblər. Onların sözlərinə görə, ərazi hüquq-mühafizə əməkdaşalrı tərəfindən bağlanıb.

Xəsarət alanlar barədə isə məlumat verilmir.

Hazırda alovun ram edilməsi üçün hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın yollanıb. Bundan əlavə 3 təcili tibbi yardım maşını hadisə yerindədir.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın söndürülüb.

Səbail rayon Polis İdarəsindən partlayışla nəticələnən yanğın zamanı yük maşınının sürücüsünün öldüyü bildirilib.

***

18.23

Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda yanacaq daşıyan maşının aşması nəticəsində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Musavat.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunun Bibiheybət qəsəbəsi (Bakı-Salyan magistral avtomobil yolunun 10-cu kilometrliyi) ərazisində 1981-ci il təvəllüdlü Abdullayev Vüqar Fazil oğlunun idarə etdiyi "Mercedes" markalı xüsusi təyinatlı yanacaq daşıyan avtomobil aşıb. Nəticədə adıçəkilən avtomobildə güclü yanğın baş verib.

Yanğın nəticəsində tutumu 38 ton yanacaqla dolu avtoçənin yanar hissələri və çənin içərisində olan 24 ton Aİ-93, 14 ton Aİ-95 (ümumi 38 ton benzin) və ətrafa dağılmış 250 kv.m sahədə yanacaq yanıb.

Yanğının söndürülməsi zamanı sürücü Vüqar Abdullayevin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR