İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda xəncərlə gəzən gənclər hakim qarşısına çıxarılıblar

937 24.03.2019 14:42 Kriminal A A

Bakıda vətəndaşlara xəncərlə hədə-qorxu gələn şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Saleh Əliyev və 1993-cü il təvəllüdlü Samir Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmənin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.

Daha sonra 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş S.Əliyev və Biləsuvar rayon sakini S.Muradov saxlanılıblar.

İlkin Muradov
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR