Bakıda xarici vətəndaşlara qarşı quldurluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla və qanunsuz olaraq silah saxlamaqda ittiham edilən Anar İzzətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
Məhkəmənin hökmü ilə Anar İzzətov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə Anar İzzətov Nizami rayonunda S.Melyoxinanın yaşadığı mənzilə girərək onun və əri R.Fomişçinin ağız və əl-ayağını yapışqanlı lentlə bağlayıb döyərək oradan 5000 manat pul aparıb. İttihama görə A.İzzətov hər iki şəxsi odlu silahla da qorxudub.
Ona qarşı quldurluq və qanunsuz olaraq odlu silah saxlamaq maddələri ilə ittihamlar irəli sürülüb.
İlkin Muradov
Musavat.com






